ABŞ
Qolf klubunda KRİTİK TOPLANTI - İrana zərbə endirmək üçün planlar hazırlandı
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə hərbi əməliyyatları davam etdirmək qərarı verəcəyi təqdirdə, Pentaqon İrana zərbələr endirmək üçün planlar hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, hücum hədəfləri arasında İranın energetika və infrastruktur obyektləri də var.
Planlar həftəsonu milli təhlükəsizlik komandası ilə keçirilən iclasın yekunlarına əsasən hazırlanıb. Tramp rəsmi şəxslərlə Virciniya ştatındakı qolf klubunda bir araya gəlib.
İclasda dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff və Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff iştirak ediblər.
Daha əvvəl "Axios" portalı məlumat vermişdi ki, Tramp çərşənbə axşamı milli təhlükəsizlik komandası ilə daha bir iclas keçirəcək və orada İranda hərbi əməliyyatların variantlarını müzakirə edəcək.
ABŞ Prezidenti həmçinin bəyan edib ki, İran tərəfi mümkün qədər tez qərar qəbul etməlidir, əks halda ölkədən heç nə qalmayacaq.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)

.jpg)



.jpg)












