ABŞ
ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə İrana mayın 19-da zərbə endirmə planlarından imtina edib.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
Trampın sözlərinə görə, Qətər Əmiri Təmim bin Həməd Al Tani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ona müraciət edərək hücumu planını dayandırmağı xahiş ediblər.
Onlar hazırda ciddi danışıqlar aparıldığını bildiriblər:
"Böyük liderlər və müttəfiqlər kimi, onların fikrincə, həm ABŞ, həm də bütün Yaxın Şərq ölkələri və onun hüdudlarından kənardakılar üçün tamamilə məqbul olacaq bir razılaşma əldə ediləcək".
ABŞ lideri ölkənin müdafiə qurumlarına sabahkı hücumu ləğv etməyi tapşırıb.
Tramp razılaşmaya İranın nüvə silahı hazırlamaqdan imtina etməsinin mütləq daxil olacağını diqqətə çatdırıb.
"Lakin mən əlavə olaraq göstəriş verdim ki, məqbul bir razılaşma əldə olunmayacağı təqdirdə, qurumlar istənilən an İrana qarşı tammiqyaslı, böyük bir hücuma başlamağa hazır olsunlar", - ABŞ Prezidenti vurğulayıb.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)

.jpg)



.jpg)












