ABŞ
Trampdan qalmaqallı addım: Ağdərili afrikalılar ABŞ-a qaçqın kimi qəbul ediləcək
ABŞ prezidenti Donald Tramp administrasiyası Cənubi Afrikadan olan ağdərili afrikalıların ABŞ-a qaçqın kimi qəbul kvotasını artırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, CNN-in yaydığı məlumata görə, 2026-cı maliyyə ili üçün bu kateqoriya üzrə qəbul limiti 17 min 500 nəfərə çatdırıla bilər. Bildirilir ki, Tramp administrasiyası ötən il ümumi qaçqın qəbul limitini 125 mindən 7 min 500 nəfərə endirsə də, əsas diqqəti məhz ağdərili cənubi afrikalılara yönəldib.
Donald Tramp qərarı Cənubi Afrikada “ağ fermerlərə qarşı soyqırımı” həyata keçirilməsi və torpaqların müsadirə olunması ilə bağlı iddialarla əsaslandırıb. Onun sözlərinə görə, ağ fermerlər amansızcasına öldürülür və torpaqları əllərindən alınır.
Lakin Cənubi Afrika hakimiyyəti bu ittihamları qəti şəkildə rədd edib. CNN-in araşdırmasında da ölkədə ağdərililərə qarşı “soyqırımı” ilə bağlı heç bir sübutun olmadığı vurğulanıb.
Cənubi Afrika prezidenti Siril Ramafosa isə Trampın siyasətini “irqçi” adlandırıb. O bildirib ki, ölkədə ağdərililərə qarşı heç bir soyqırımı və ya torpaq zəbt olunması baş vermir.
Ramafosa ötən il Ağ Evdə Trampla görüşünü də xatırladaraq, ABŞ prezidentinin nümayiş etdirdiyi videoları “şou” və “tələ” adlandırıb. Onun sözlərinə görə, Tramp Cənubi Afrikadakı vəziyyəti tam yanlış prizmadan qiymətləndirir.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)

.jpg)



.jpg)












