ABŞ
ABŞ Maduroya qarşı yeni ittihamlar hazırlayır
ABŞ prokurorluğu Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar hazırlayır. Buna səbəb mövcud cinayət işinin kifayət qədər əsaslı olmaması ilə bağlı narahatlıqlardır
Publika.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadl məlumat yayıb.
Bildirilib ki, Mayami prokurorlarına hazırkı işin “zəif” olması fonunda Maduroya qarşı yeni cinayət araşdırmasına başlamaq tapşırılıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya qarşı bir sıra zərbələr endirərək Nikolas Maduronu və həyat yoldaşını ələ keçirib. Saxlanılan siyasətçi Nyu-Yorka aparılıb və orada ona narkoterrorizm, eləcə də digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.
Yanvarın 5-də Maduro işi üzrə ilk məhkəmə iclası keçirilib və nəticədə o, həbsdə saxlanılıb. Venesuela liderinin işi üzrə ikinci iclas isə martın 26-da baş tutub. İclasdan iki gün sonra Maduro və həyat yoldaşı birgə bəyanat yayaraq, vəziyyətlərinin yaxşı olduğunu bildirib və dəstəyə görə Venesuela xalqına təşəkkür ediblər.
Hüseyn İbadlı
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
















.jpg)





.jpg)


.jpg)












