ABŞ
ABŞ-ın İran müharibəsindəki itkiləri açıqlandı: 42 təyyarə, 7 tanker...
Konqres Tədqiqat Xidmətinin (CRS) hesabatına görə, ABŞ Hərbi Hava Qüvvələri İranla münaqişə zamanı ümumilikdə 42 təyyarə itirib.
Publika.az xəbər verir ki, hesabata görə, ən böyük itkilər pilotsuz təyyarələrə dəyib: 24 ədəd “MQ-9 Reaper” hücum və kəşfiyyat PUA-sı, eləcə də bir ədəd “MQ-4C Triton” kəşfiyyat dronu məhv edilib.
Hərbi Hava Qüvvələrinin tanker donanmasına ciddi ziyan dəyib. Hesabata görə, Hərbi Hava Qüvvələri yeddi “KC-135 Stratotanker” hava tankerini itirib. Biri İraqda qəzaya uğrayıb, daha beşi isə Səudiyyə Ərəbistanında İranın hücumu zamanı zədələnib.
İtirilən döyüş təyyarələri arasında dörd “F-15E Strike Eagle” qırıcı-bombardmançı təyyarəsi və bir “A-10 Thunderbolt II” hücum təyyarəsi var. CRS-in məlumatına görə, üç F-15E təyyarəsi Küveyt üzərində səhv atəş nəticəsində, digəri isə İran hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Axtarış-xilasetmə əməliyyatları zamanı ABŞ ordusu yerdəki iki MC-130J Commando II xüsusi əməliyyat təyyarəsini qəsdən məhv edib. “HH-60W Jolly Green II” helikopteri də zədələnib.
Hesabatda həmçinin “E-3 Sentry” havadan erkən xəbərdarlıq təyyarəsinə və ən son beşinci nəsil “F-35A Lightning II” qırıcı təyyarəsinə dəyən ziyandan bəhs olunur.
Müəllif: Tural
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək























.jpg)








