ABŞ
NATO-da böyük plan: ABŞ qoşunlarına alternativ hazırlanır
NATO müttəfiq ölkələri ABŞ-ın Avropa istiqamətində hərbi mövcudluğunu azaltmaq planları fonunda mümkün boşluğun necə doldurulacağını müzakirə edir. Bu məqsədlə alyansın Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçə alternativ planların hazırlanması tapşırılıb.
Publika.az məlumatı "Politico" diplomatik mənbələrə istinadən yayıb.
Bildirilib ki, söhbət ABŞ-ın Avropadakı hərbi qüvvələrinin mərhələli şəkildə azaldılması və bunun nəticəsində yaranacaq boşluğun NATO daxilində yenidən bölüşdürülməsindən gedir. Vaşinqton artıq Polşaya planlaşdırılan təxminən 4 min nəfərlik briqadanın rotasiyasından imtina edib. Bundan əlavə, ABŞ Almaniyada yerləşən daha 5 min hərbçini də geri çağırmağı nəzərdən keçirir.
Mənbələrin iddiasına görə, Almaniyadakı qüvvələrin azaldılması Avropada ABŞ hərbi mövcudluğunun ümumi ixtisarı istiqamətində atılan addımların bir hissəsidir. Polşaya göndərilməsi planlaşdırılan bəzi bölmələrin isə Almaniyada artıq yerləşən qüvvələrlə əvəzlənməsi variantı da müzakirə olunur.
NATO daxilində hələlik ABŞ qüvvələrinin əvəzlənməsinin konkret vaxt cədvəli müəyyən edilməyib. Məsələ alyansın növbəti dördillik müdafiə planlaşdırma dövrünə daxil edilə və ya daha sürətli şəkildə həll oluna bilər.
Eyni zamanda, Avropa ölkələrində ABŞ-ın təhlükəsizlik zəmanətlərinin zəifləməsi ehtimalı ilə bağlı narahatlıqlar artır. Son aylarda alyans daxilində Avropanın öz müdafiə imkanlarını gücləndirməsi və ABŞ-dan asılılığın azaldılması daha çox müzakirə olunur.
Adəm
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
















.jpg)





.jpg)


.jpg)












