ABŞ
Mark Rutte: ABŞ-ın yardımı olmadan Ukrayna tab gətirə bilməz
NATO-nun baş katibi Mark Rutte Ukraynanın Qərb dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməyəcəyini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Rutte bildirib ki, Kiyev ABŞ-dan gələn hərbi texnika və sənaye məhsulları olmadan dayana bilməz: “Ukrayna ABŞ-dan gələn həyati əhəmiyyətli hərbi texnika axını olmadan yaşaya bilməz. Buraya raketdən müdafiə sistemləri, zenit-raket kompleksləri və raket tutucuları daxildir. Bu, son dərəcə vacib məsələdir”.
Baş katib daha əvvəl irəli sürdüyü təşəbbüsdən də danışıb. Həmin təklifə görə, NATO-ya üzv Avropa ölkələri Ukraynanın ehtiyacları üçün ÜDM-nin 0,25 faizini ayırmalı idi.
Rutte qeyd edib ki, onun vəzifəsi bəzən cəsarətli, lakin mübahisəli təşəbbüslər irəli sürməkdir. O, bu planın qəbul olunmasının çətin olduğunu da etiraf edib, çünki bir sıra NATO ölkələri 0,25 faizlik hədəfə qarşı çıxır.
NATO rəhbəri vurğulayıb ki, əsas müzakirə mövzusu Ukraynanın bundan sonra necə dayanacağıdır.
Müəllif: Adəm
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
















.jpg)





.jpg)


.jpg)












