ABŞ
Ərdoğan Trampla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donalt Tramp ilə telefonla danışıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat verilib.
Liderlər ölkələr arasında mövcud münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə lideri ABŞ-ın İranla atəşkəsin uzadılması qərarını müsbət bir addım kimi qiymətləndirib, mübahisəli məsələlərdə ağlabatan həll yolunun mümkünlüyünə dərindən inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə dəstəyini davam etdirəcəyini ifadə edib.
Ərdoğan həmçinin, ABŞ-ın San-Dieqo şəhərindəki məscidlərdən birinə edilən hücumla bağlı Trampa başsağlığı verib və Ankaranın hansı dini qrupa qarşı törədilməsindən asılı olmayaraq, bu növ nifrət cinayətlərinə qətiyyətlə qarşı olduğunu vurğulayıb.
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
















.jpg)





.jpg)


.jpg)












