ABŞ
ABŞ-sız NATO məhv olacaq: Stoltenberqdən Avropaya xəbərdarlıq
NATO ABŞ olmadan yaşaya bilməz, Avropa İttifaqı (Aİ) isə heç bir halda bu hərbi ittifaqı əvəz etmək iqtidarında deyil.
Publika.az xəbər verir ki, bunu İsveçin SVT telekanalına müsahibəsində NATO-nun keçmiş baş katibi və Norveçin maliyyə naziri olan Yens Stoltenberq deyib.
O, alyansın mövcudluğunu qorumasının vacibliyini bu sözlərlə ifadə edib: "Xeyr, bu, bizim təxminən 80 ildir tanıdığımız həmin NATO olmayacaq. Çünki söhbət məhz bütün təhdidlərə qarşı birgə müqavimət göstərən, çiyin-çiyinə dayanan Avropa və ABŞ-dan gedir".
Siyasətçi vurğulayıb ki, alyansa üzv olan dövlətlər Vaşinqtonla Avropa arasında yarana biləcək hər hansı bir parçalanmanın qarşısını almaq üçün dərhal və bütün mümkün tədbirləri görməlidirlər.
Yens Stoltenberq həmçinin xüsusi olaraq qeyd edib ki, Avropa İttifaqı kollektiv təhlükəsizlik və müdafiə sferasında heç bir vəchlə NATO-nun funksiyalarını yerinə yetirə bilməz.
Müəllif: Adəm
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
















.jpg)





.jpg)


.jpg)












