ABŞ
Trampın Qrenlandiya ilə bağlı planları dəyişdi
ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı güc yolu ilə ələ keçirmək planından imtina edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri Qrenlandiyanın KNR radiostansiyasına verdiyi müsahibəsində bildirib.
"Prezident artıq güc tətbiqini nəzərdən keçirmir. Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri müəyyən etməlidir", - deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Qrenlandiya üzrə işçi qrupunun həm Trampın ABŞ-ın təhlükəsizliyi ilə bağlı narahatlıqlarını, həm də Danimarka və Qrenlandiyanın mövqeyini nəzərə alan bir həll yolu tapacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın xüsusi elçisi Ceff Lendrinin uşaqlara şirniyyat paylamasını tənqid edərək istehza ilə qarşılamışdı.
"Bizə nə qədər şokoladlı peçenye versələr də, öz qırmızı xətlərimizdən geri dönməyəcəyik", - siyasətçi vurğulayıb.
Hüseyn İbadlı
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











