ABŞ
"Əzrayıl" məhkumun damarını tuta bilmədi, ölüm hökmü bir il təxirə salındı
ABŞ-ın Tennessi ştatında ölüm hökmünün icrası zamanı yaşanan qalmaqallı hadisə edamın bir il müddətinə təxirə salınmasına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, məhkum Toni Karrutersə ölümcül iynə vurulmalı idi. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları bir saatdan çox müddətdə onun damarını tapa bilməyiblər. Nəticədə Tennessi ştatının qubernatoru edam hökmünü bir il müddətinə təxirə salıb.
Məhkumun vəkili bildirib ki, proses zamanı müdafiə etdiyi şəxsin ağrıdan üz-gözünü turşutduğunu və inildədiyini müşahidə edib. O, baş verənləri “dəhşətli mənzərə” adlandırıb.
Bu arada ABŞ-də ölüm hökmü ilə bağlı daha bir qalmaqallı qərar qəbul edilib.
“Daily Star” nəşrinin mayın 20-də yaydığı məlumata əsasən, Oklahoma ştat sakini Riçard Qlossipə çıxarılan ölüm hökmü ləğv olunub. O, 29 il həbsdə qalıb və üç dəfə edamdan son anda xilas olub.
Riçard Qlossip 1997-ci ilin yanvarında otel sahibi Barri Van Trizin qətlini sifariş verməkdə ittiham edilərək həbs olunmuşdu. Müdafiə tərəfi isə hadisənin uğursuz quldurluq cəhdi olduğunu bildirirdi.
Sonradan məlum olub ki, prokurorluq ciddi qanun pozuntularına yol verib. Belə ki, ittiham tərəfi qətli törədən Castin Snidin psixoloji problemlərini gizlədib, bəzi sübutları məhv edib və Qlossipin xeyrinə olan ifadələri məhkəməyə təqdim etməyib.
Müəllif: Adəm
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video





















.jpg)
.png)



.jpg)

.jpg)










