ABŞ
ABŞ 10 milyon dollar mükafat ayırdı: Kim bu təşkilatla bağlı məlumat versə...
ABŞ Livanın şiə hərəkatı olan “Hizbullah”ın maliyyə şəbəkələrinin ifşası üçün 10 milyon dollara qədər mükafat elan edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, təşkilatın maliyyələşmə kanallarının üzə çıxarılmasına və qarşısının alınmasına kömək edəcək şəxslərə iri məbləğdə mükafat veriləcək.
Vaşinqton hesab edir ki, “Hizbullah”ın maliyyə mənbələrinin kəsilməsi təşkilatın fəaliyyətinə ciddi zərbə vuracaq. ABŞ əsasən sponsorların, saxta şirkətlərin, qaçaqmalçılıq şəbəkələrinin və çirkli pulların yuyulması mexanizmlərinin aşkarlanmasına çalışır.
Dövlət Departamenti bildirib ki, ABŞ-ın Livanla bağlı əsas məqsədi “Hizbullah”ın tam silahsızlaşdırılması və ölkədə nəzarətin yalnız rəsmi hökumətin əlində cəmlənməsidir.
Vaşinqtonun fikrincə, bu addımlar Livanda uzunmüddətli sabitlik və suverenliyin təmin olunması üçün vacibdir.
Müəllif: Adəm
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











