ABŞ
Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
ABŞ İrana qarşı hərbi əməliyyatları, zərbələri bərpa edə bilər. Bu məsələ artıq Ağ Evdə müzakirə olunub.
Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. Sayt adı açıqlanmayan iki amerikalı məmura istinad edib.
Məqalədə qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp İranla müharibəyə həsr olunmuş toplantı keçirib. Bu mühüm görüşdə yüksək vəzifəli şəxslər iştirak ediblər. Görüşdə Trampa danışıqların gedişi və danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə ortaya atılacaq müxtəlif ssenarilər barədə məlumat verilib.
"Prezidentlə birbaşa əlaqəsi olan mənbələrimizin verdiyi məlumata görə, Tramp son anda danışıqlarda irəliləyiş olmayacağı təqdirdə, İrana əlavə zərbələr endirməyi ciddi şəkildə nəzərdən keçirir", -müəllif yazıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başladı. Həmin gün şəhərlərə endirilən zərbələr nəticəsində İranın keçmiş Ali rəhbəri Əli Xamenei öldürüldü. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirdi və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum etdi.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Müəllif: Tural
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











