ABŞ
Rubio Hindistandan müsbət MESAJ VERDİ - Vaşinqton Tehranla dil tapır?
Hindistanda səfərdə olan ABŞ-ın dövlət katibi Marko Rubio İranla danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.
Publika.az TASS-a istinadla xəbər verir ki, Rubio hələlik bu məsələ ilə bağlı konkret yeni xəbərin olmadığını qeyd edib.
"Müəyyən irəliləyişlər var. Hətta mən sizinlə danışarkən belə bu istiqamətdə işlər davam edir. Ehtimal var ki, bu günün sonuna, sabaha və ya bir neçə gün ərzində ictimaiyyətə açıqlayacaq bir sözümüz olacaq", - deyə Rubio vurğulayıb.
Daha əvvəl "Tasnim" agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadla Tehran və Vaşinqtonun bir sıra mübahisəli məsələlərdə irəliləyiş əldə etdiyini xəbər vermişdi. Bildirilir ki, məsləhətləşmələr Pakistanın vasitəçiliyi ilə davam edir. Lakin bütün fikir ayrılıqları aradan qaldırılmadan yekun razılaşmanın mümkün olmadığı vurğulanır.
Mənbə qeyd edib ki, hazırda danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib və bu məsələ həll olunmayana qədər digər mövzular müzakirə edilməyəcək.
Hüseyn İbadlı
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











