ABŞ
"Yaxın Şərqin Birləşmiş Ştatları" - Tramp İranı Amerika bayrağının rənglərinə boyadı
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində İran ərazisinin ABŞ bayrağının rəngləri ilə boyandığı bir xəritə paylaşıb.
Publika.az xəbərn verir ki, dövlət başçısı sözügedən xəritəyə "Yaxın Şərqin Birləşmiş Ştatları?" şərhini yazıb.
Bundan əvvəl "Axios" portalı iki amerikalı rəsmiyə istinadla yazıb ki, ABŞ İrana qarşı zərbələri yeniləyə bilər. Məlumata görə, bu məsələ artıq Ağ Evdə müzakirə olunub. Prezidentlə birbaşa ünsiyyətdə olan mənbələrin sözlərinə görə, danışıqlarda son anda bir irəliləyiş baş verməzsə, Tramp İslam Respublikasına qarşı yeni zərbələr endirmək ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
Danışıqların gedişatı ilə tanış olan bir amerikalı rəsmi müzakirələri "əzabverici" adlandırıb və sənəd layihələrinin ciddi irəliləyiş olmadan "hər gün o tərəf-bu tərəfə göndərildiyini" bildirib.
Tramp İran böhranını rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə edib. Telefon danışığı zamanı Rusiya lideri həmsöhbətinin diqqətini ABŞ və İsrailin "güc tətbiqinə" keçəcəyi təqdirdə bütün dünya üçün yarana biləcək "qaçılmaz və son dərəcə dağıdıcı nəticələrə" yönəldib.
Hüseyn İbadlı
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











