ABŞ
Ağ Ev yaxınlığında atəş açan şəxs xəstəxanada öldü
Ağ Evin yoxlama məntəqəsi yaxınlığında atəş açan şübhəli şəxs ABŞ Gizli Xidmət əməkdaşlarının cavab atəşindən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Publika.az xəbər verir ki, bu barədə "CNN" Gizli Xidmət sözçüsünə istinadən məlumat yayıb.
Hadisə şənbə günü axşam baş verib. Naməlum hücumçu Ağ Evin yoxlama məntəqəsinə yaxınlaşıb və atəş açmağa başlayıb. Gizli Xidmət əməkdaşları cavab atəşi açaraq hücumçunu yaralayıblar. O, daha sonra xəstəxanada ölüb.
Gizli Xidmət sözçüsü atışma zamanı bir nəfərin yaralandığını və qurumun zabitlərinin xəsarət almadığını deyib.
ABŞ Prezidenti Donald Tramp hadisə zamanı öz iqamətgahında olub və hadisədən təsirlənməyib.
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?























.jpg)






.jpg)









