ABŞ
Yaxın bir neçə saatda dünya yaxşı xəbərlər alacaq - Rubio
ABŞ dövlət katibi Marko Rubio İranla danışıqlarda əhəmiyyətli irəliləyişin olduğunu bildirib və gün ərzində bu məsələ ilə bağlı xəbərlərin olacağını anons edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, o, bunu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, son 48 saat ərzində Fars körfəzi regionundakı tərəfdaşlarla çərçivə planının yaradılması istiqamətində müəyyən tərəqqiyə nail olunub.
"Uğurlu olacağı təqdirdə bu plan bizə təkcə boğazların tamamilə və rüsumsuz açılmasına nail olmağa deyil, həm də İranın nüvə silahı yaratmaq sahəsindəki əvvəlki iddialarının əsasında duran bir sıra mühüm amilləri aradan qaldırmağa imkan verəcək. Sözsüz ki, bunun üçün İran tərəfinin tam razılığı və sonradan əldə olunmuş razılaşmalara ciddi şəkildə əməl etməsi tələb olunacaq. Bundan əlavə, detalların razılaşdırılması üzrə növbəti işlərin aparılmasına ehtiyac yaranacaq", - deyə dövlət katibi qeyd edib.
Dövlət katibi əmin edib ki, ABŞ nizamlanmada diplomatik üsullara üstünlük verir.
"Biz də hazırda məhz buna nail olmağa çalışırıq. Hesab edirəm ki, müəyyən irəliləyişə nail ola bilmişik. Düşünürəm ki, yaxın bir neçə saat ərzində dünya bəlkə də yaxşı xəbərlər alacaq", - deyə o söyləyib.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO














.jpg)

















