ABŞ
Pentaqondan şok sənədlər: ABŞ-da 4 növ yadplanetli qalıqları saxlanılır
ABŞ hakimiyyətinin qəzaya uğramış naməlum uçan obyektlərdən götürülən dörd fərqli növ yadplanetli növün qalıqlarına sahib olduğu iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə “Fox News”a tədqiqatçı doktor Hal Patoff danışıb.
Onun sözlərinə görə, həmin materialların çıxarılması əməliyyatlarında iştirak edən şəxslər ən azı dörd ayrı növün mövcud olduğunu bildiriblər.
“Əməliyyatlarda iştirak edən insanlar deyirdilər ki, ən azı dörd növ var. Dörd ayrı növ”, - deyə Patoff bildirib.
Tədqiqatçı qeyd edib ki, özü həmin qalıqları birbaşa görməyib, lakin danışdığı mənbələrə etibar edir.
Patoffun həmkarı doktor Erik Devis isə iddia olunan varlıqların “nordiklər”, “bozlar”, “insektodlar” və “reptiloidlər” olduğunu açıqlayıb.
Məlumata görə, “nordiklər” insanlara daha çox bənzəyir. “Bozlar” iri gözlü, tüksüz və kiçikboylu varlıqlar kimi təsvir edilir. “İnsektodlar” zahirən mantisə, “reptiloidlər” isə pullu dərisi və quyruğu olan, iki ayaq üzərində hərəkət edən kərtənkələabənzər canlılara bənzədilir.
Qeyd edək ki, bu açıqlamalar ABŞ prezidenti Donald Tramp administrasiyasının naməlum anomal hadisələrlə bağlı məxfi materialların açıqlanması proqramı çərçivəsində Pentaqonun yeni sənədlər yaymasından sonra səsləndirilib.
Adəm
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?























.jpg)






.jpg)









