ABŞ
Dünyanın ən böyük media şirkətlərindən birinin sahibi öldü
Amerikalı media maqnatı və dünyanın ən böyük media imperiyalarından biri olan "Advance Publications"ın həmtəsisçisi Donald Nyuhaus 96 yaşında ABŞ-da vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
əşr bildirib ki, onun oğlu, “Advance” şirkətinin həmsədri Stiven ölüm səbəbinin limfoma olduğunu təsdiqləyib.
Nyuhaus, böyük qardaşı Samuel Nyuhaus ilə birlikdə 1922-ci ildə ataları tərəfindən qurulan şirkəti miras almışdılar. Zamanla şirkət dünyanın ən böyük özəl media konqlomeratlarından birinə çevrildi.
Nyuhaus biznesin qəzet və kabel şöbələrinə nəzarət edirdi, qardaşı isə “Condé Nast-ın Vogue”, “The New Yorker”, “Vanity Fair”, “Wired” və digər nəşrləri də əhatə edən nəşriyyat şöbəsinə cavabdeh idi.
Samuel Nyuhaus 2017-ci ildə 89 yaşında vəfat etmişdi.
Nyuhaus ailəsinin xalis sərvəti təxminən 24 milyard dollar qiymətləndirilir.
Müəllif: Tural
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın













.jpg)








.jpg)





.jpg)









