ABŞ
“Simpsonlar”ın ssenaristi ABŞ prezidentliyinə namizəd olacaq
Dünyanın ən məşhur cizgi seriallarından biri olan “Simpsonlar”ın (The Simpsons) senaristlərindən biri ABŞ prezidentliyinə namizəd olacağını açıqlayıb.
Publika.az xəbər verir ki, söhbət serialda Donald Trampın prezident olacağını göstərən epizodu yazan ssenarist Den Qrinidən gedir.
O, 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində namizəd olacağını bu sözlərlə elan edib:
“Prezidentliyə namizəd oluram. Mənim şüarım - hamı üçün Amerikadır. Gəlin bunu birlikdə edək!”.
Qeyd edək ki, serialın 2000-ci ildə yayımlanan “Bart gələcəkdə” adlı seriyasında ABŞ prezidentinin Donald Tramp olduğu göstərilir. Trampın 2016-cı ildə seçkidə qələbə qazanmasından sonra "Simpsonlar"ın bunu 16 il öncədən bilməsi gündəm olmuşdu.
"Simpsonlar" serialı "Titan" batiskafının faciəsi və "Disney"in "21st Century Fox"u alması kimi hadisələri öncədən görməsi ilə də dəfələrlə geniş müzakirələrə səbəb olub.
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın













.jpg)








.jpg)





.jpg)









