ABŞ
MKİ agentindən ağlasığmaz FIRILDAQ - 300 qızıl külçəni bu bəhanə ilə ələ keçirib
Keçmiş MKİ əməkdaşı Devid Raşın evindən 40 milyon dollardan çox dəyəri olan 300-ə yaxın qızıl külçə tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məhkəmə sənədlərinə və mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, o, dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.
İstintaq müəyyən edib ki, Raş "xidməti zərurət" bəhanəsi ilə rəhbərlikdən müntəzəm olaraq böyük miqdarda xarici valyuta və qızıl külçələr tələb edib. O, bu vəsaitlərin istintaq xərclərinin ödənilməsi üçün lazım olduğunu iddia edib.
Mayın 18-də federal agentlər Raşın evində axtarış aparıblar. Qızıl külçələrlə yanaşı, evdən 2 milyon dollar nağd pul və əksəriyyəti "Rolex" markalı olan 35 ədəd lüks saat müsadirə edilib.
Bundan əlavə, istintaq Raşın karyera yüksəlişi üçün illərlə öz tərcümeyi-halı haqqında yalan məlumatlar verdiyini üzə çıxarıb. O, ABŞ Hərbi Dəniz Qüvvələrində döyüş pilotu və Hərbi Hava Qüvvələri İnstitutunda elmi işçi olduğunu iddia edib. Lakin yoxlamalar nəticəsində məlum olub ki, bu məlumatlar tamamilə yalandır və onun hətta mülki pilot lisenziyası belə yoxdur.
Qeyd edək ki, son dövrlərdə yüksək vəzifəli şəxslərin evlərində aparılan axtarışlar zamanı böyük miqdarda qızıl və nağd pulun tapılması ilə bağlı başqa ölkələrdə də oxşar hadisələr qeydə alınıb. Məsələn, aprel ayında Rusiyanın Krasnodar vilayəti qubernatorunun müavini Andrey Korobkanın iqamətgahından bir kiloqramlıq qızıl külçələr və təxminən 1 milyard rubl ekvivalentində nağd pul müsadirə edilmişdi.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın













.jpg)








.jpg)





.jpg)









