ABŞ
ABŞ İranı hədələdi - “Hərbi zərbələr yenidən başlana bilər”
ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşmanın mümkün olmadığına qərar verərsə, İrana qarşı hərbi zərbələr yenidən başlana bilər.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən brifinqdə ABŞ-ın Maliyyə naziri Skott Bessent məlumat verib.
Nazir Vaşinqtonun səbrinin tükənməz olduğunu vurğulayaraq bildirib:
"Əgər Prezident Tramp saziş əldə edə bilməyəcəyini düşünərsə, o zaman hərbi zərbələr variantı yenidən gündəmə gələcək".
Daha əvvəl "Axios" portalı ABŞ və İran nümayəndələrinin memorandum layihəsini razılaşdırdıqlarını bildirmişdi. Sənəd hazırda tərəflərin ali rəhbərliyinin təsdiqini gözləyir. Layihə Hörmüz boğazının gəmiçilik üçün açılmasını nəzərdə tutur və şərtlərə görə, İran dəniz dəhlizini 30 gün ərzində minalardan təmizləməlidir. Bunun qarşılığında isə ABŞ blokadanı ləğv edəcək və gəmilərin sərbəst keçidini təmin edəcək.
Prezident Donald Tramp danışıqların "yaxşı getdiyini" qeyd etsə də, yalnız İran üçün heç bir boşluq saxlamayan "ideal bir saziş" bağlamağa hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, Tehran hökuməti münaqişənin həlli çərçivəsində yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazır olduğunu bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın














.jpg)






.jpg)






.jpg)









