ABŞ
Trampın adı bu binadan silinəcək
Vaşinqton Federal Məhkəməsi ABŞ paytaxtının ən böyük teatr-konsert kompleksinin adının dəyişdirilməsinə qadağa qoyub.
Publika.az xəbər verir ki, dairə federal hakimi Kristofer Kuperin bununla bağlı verdiyi qərar gündəm olub.
Belə ki, bu qərarla ABŞ Prezidenti Donald Trampın adı həmin kompleksdən silinəcək. Qərara əsasən, Trampın adının çəkildiyi bütün yazıların iki həftə ərzində sökülməsi tələb olunur. Məhkəmə müəyyən edib ki, idarəedicilər şurası Kennedi Mərkəzinə prezident Trampın adını müstəqil şəkildə verməklə öz səlahiyyətlərini aşıb. Kennedi Mərkəzinə bu ad konqres tərəfindən verilib və onu dəyişmək hüququ yalnız konqresə məxsusdur.
Xatırladaq ki, kompleksin adı 2025-ci il dekabrın 18-dən etibarən rəsmi olaraq Con Kennedi və Donald Tramp adına İfaçılıq İncəsənəti Mərkəzi kimi dəyişdirilərək özündə iki ABŞ prezidentinin adını birləşdirib.
ABŞ-ın bir neçə tarixi və memarlıq təşkilatı həm ad məsələsi, həm də kompleksin iyul ayında təxminən iki il müddətinə təmir üçün bağlanması planı ilə bağlı mart ayında kompleksin idarəedicilər şurasına qarşı iddia qaldırıb. İddiaçılar müdafiə tərəfinin ABŞ Konqresinin icbari razılığını almadan və müəyyən edilmiş federal yoxlama prosedurlarını pozaraq hərəkət etdiyini irəli sürüblər.
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı


















.jpg)






.jpg)














