ABŞ
Kelli rusiyalı kosmonavtları oğru adlandırdı
Məşhur amerikalı senator, keçmiş astronavt Mark Kelli rusların qəzəbinə tuş gəlib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Kellinin rusiyalı kosmonavtları oğru adlandırması olub. O, bu barədə Odessada keçirilən Qara Dəniz Təhlükəsizlik Forumundakı çıxışı zamanı danışıb.
Kelli bildirib ki, 15 il kosmonavt kimi çalışıb. Keçmiş astronavt rusları tənqid etdikdən sonra fikrini satirik bir deyimlə tamamlayıb və onu atalar sözü kimi təqdim edib.
Onun sözlərinə görə, qarşıya qoyulmuş missiyanın uğurla başa çatdırılması tapşırığı ruslar arasında yalnız dördüncü yerdədir. Ruslara görə uğurlu missiyada birinci yerdə "məsul şəxs kimi görünmək", ikinci yerdə "bir şey səhv gedən kimi, kimisə günahlandırmaq" və üçüncü yerdə "bu gün nəyi oğurlamalı?" kimi amillər dayanır.
"Ruslarda bir deyim var: əgər bütün günü işdə heç nə oğurlamamısınızsa, deməli, gün boşa gedib", - Mark Kelli deyib.
Müəllif: Tural
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)











