ABŞ
Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
İlon Mask gözlənilmədən sosial media platforması “X”-i (əvvəllər “Twitter”) satın almasının və Kamala Harrisin prezidentlik kampaniyasını pozmasının əsas səbəbinin transgender qızı olduğu iddiasını təsdiqləyib.
Publika.az xəbər verir ki, milyarder şəxsi həyatını əsas biznes və siyasi qərarlarla əlaqələndirən paylaşıma bir sözlü şərhlə cavab verib.
Bu şərh, Maskın 22 yaşlı qızı Vivian Uilsonun Rihannanın “Savage x Fenty” alt paltarları brendinin reklamında çəkilməsindən sonra yazılıb.
İnternetdə ajiotaj “X” istifadəçisi “@SydSteyerhart”ın Vivianın Rihannanın kampaniyasında iştirakı xəbərini paylaşmasından və ABŞ-ın son siyasi tarixi ilə bağlı kifayət qədər qlobal şərhindən sonra başlayıb.
"Heç vaxt unutmamalıyıq: Vivian olmasaydı, İlon Mask heç vaxt bütün bunlara qarışmazdı, heç vaxt “Twitter”i almazdı, Kamala Harris indi prezident olardı və solçular “Skynet”in yaradılması üzərində tam nəzarəti ələ keçirərdilər", - deyə bloger yazıb.
Yazının müəllifi heç bir dəlil olmadan, “X”-in alınmasının yalnız Maskın qızı ilə şəxsi dramı ilə əlaqəli olduğunu və bu qərarın nəticədə 2024-cü il seçkilərinin taleyinə təsir etdiyini və ABŞ-da bütün siyasi tarazlığı dəyişdirdiyini irəli sürüb. Əlbəttə ki, “Terminator” filmindəki "Skynet"ə istinad real hökumət layihəsinə işarə etməkdən daha çox fantastik metaforadır.
Amma bazar ertəsi səhəri Mask bu paylaşıma qısa şəkildə reaksiya verib: "Düzdür".
Bu cavab, iddianın qeyd-şərtsiz təsdiqinə bənzəyir.
Müəllif: Tural
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)











