ABŞ
Bu ölkədən ABŞ-a aparan nəhəng tunel tapıldı
Meksika polisi birbaşa ABŞ-a aparan nəhəng tunel aşkar edib.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Yeraltı keçid ölkənin şimal-qərbindəki Nueva-Tixuana rayonunda federal hüquq-mühafizə orqanlarının reydi zamanı tapılıb. Dərinliyi altı metrdən çox olan tunelin uzunluğu təxminən 265 metrdir. Qurğu ABŞ ərazisinə qanunsuz daxil olmaq üçün nəzərdə tutulub.
Axtarış zamanı polislər döyüş sursatları, mobil telefonlar, bank kartları, rəqəmsal video maqnitofon və onlarla dozada metamfetamin müsadirə ediblər.
Mayın 2-də məlum olub ki, ABŞ tərəfindən narkotik ticarətində ittiham olunan Meksikanın Sinaloa ştatının qubernatoru Ruben Roça Moya Meksikada aparılan istintaq dövründə səlahiyyətlərini müvəqqəti dayandırmaq qərarına gəlib. ABŞ Ədliyyə Nazirliyi qubernator və digər doqquz vəzifəli şəxsə qarşı ittiham irəli sürüb; onlar "Sinaloa" narkotik karteli ilə əlaqədə və ABŞ bazarına narkotik maddələrin tədarükündə şübhəli bilinirlər.
Hüseyn İbadlı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)











