ABŞ
Tramp İrana pul vermək istəmir: “Toz yoxdursa, dollar da yoxdur”
ABŞ və İran arasında aparılan danışıqlarda maliyyə kompensasiyası əsas mübahisə mövzularından birinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran vasitəçilərə ilkin qarşılıqlı anlaşma memorandumunun razılaşdırılmasından dərhal sonra maliyyə kompensasiyası almaq istədiyini bildirib. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası hesab edir ki, vəsaitin bu qədər erkən mərhələdə verilməsi Vaşinqtonun hərbi əməliyyatlar nəticəsində Tehrana vurduğu iqtisadi zərəri azalda bilər.
Mənbələrin sözlərinə görə, Donald Tramp İranla bağlanacaq sazişin “kisələrlə pul paylanması” kimi təqdim olunmasını istəmir. ABŞ lideri bu ifadəni 2015-ci ildə sabiq prezident Barak Obamanın İrana maliyyə kompensasiyası ödənilməsi qərarını tənqid edərkən də işlədib.
“Prezident müşavirlərinə açıq şəkildə bildirib ki, ABŞ-ın İrana birbaşa pul köçürməsini nəzərdə tutan heç bir sazişi imzalamayacaq. Çünki bu, Obama dövründəki razılaşma ilə müqayisələrə səbəb ola bilər”, - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, Ağ Ev İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyənə qədər heç bir maliyyə vəsaiti almayacağını vurğulayıb. ABŞ rəsmiləri bununla bağlı “Toz yoxdursa, dollar da yoxdur” ifadəsindən istifadə edirlər.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)











