ABŞ
Tramp üçüncü dəfə prezident ola bilər?
ABŞ prezidenti Donald Tramp qanunda boşluq axtararaq üçüncü dəfə prezident seçilməyə çalışmayacaq.
Publika.az xəbər verir ki, bunu “Lenta.ru”ya Pensilvaniya ştatının sabiq senatoru Brüs Marks deyib.
Onun sözlərinə görə, Tramp artıq üçüncü müddətə namizəd olmayacağını açıq şəkildə bəyan edib.
“Tramp aydın şəkildə bildirib ki, üçüncü müddətə namizədliyini irəli sürməyəcək. Bununla belə, ABŞ-da keçirilən son ilkin seçkilər prezidentin və onun MAGA (Make America Great Again – “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatının Respublikaçılar Partiyası üzərində güclü təsirini nümayiş etdirdi. Hesab edirəm ki, Trampın dəstəklədiyi namizəd Respublikaçılar Partiyasının prezidentliyə namizədi olacaq”, - deyə Marks bildirib.
Sabiq senator qeyd edib ki, o, Respublikaçılar Partiyasının 2016-cı ildə Klivlenddə və 2024-cü ildə Miluokidə keçirilən qurultaylarında iştirak edib. Onun sözlərinə görə, Trampa respublikaçılar arasında dəstək hələ də çox yüksəkdir.
Xatırladaq ki, Tramp 2025-ci ilin martında üçüncü müddətə namizədliyinin mümkünlüyünü istisna etməmiş, bunun üçün müəyyən yolların olduğunu və zarafat etmədiyini söyləmişdi. Lakin daha sonra o, qanunun buna imkan vermədiyini bəyan etmişdi.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"


























.jpg)











