ABŞ
Trampa ŞOK XƏBƏRDARLIQ - Neft kəskin bahalaşacaq
ABŞ-ın neft sənayesi nümayəndələri "qara qızıl" ehtiyatlarının azalması fonunda yaxın həftələrdə neft qiymətlərinin arta biləcəyi ilə bağlı Donald Tramp administrasiyasına xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, neftçilərin narahatlığı Yaxın Şərqdən tədarüklərin dayanması nəticəsində dünya bazarının anbarlardakı neft və neft məhsullarından daha çox asılı olması ilə bağlıdır. Neft şirkətlərindən birinin rəhbəri ehtiyatların artıq "təhlükəli dərəcədə aşağı səviyyədə" olduğunu bildirib. O qeyd edib ki, iyunun ortaları və sonlarında baş verə biləcək risklərlə bağlı ən yüksək hökumət səviyyəsində xəbərdarlıq edilib və hazırda ən aşağı nöqtəyə yaxınlaşırıq.
Nəşr qeyd edib ki, neft qiymətlərində sıçrayış elə bu ay baş verə bilər. Ağ Evin nümayəndəsi isə bu qiymətləndirmələri rədd edərək "Politico"nun mənbələrinin məlumatlarının həqiqəti əks etdirmədiyini bildirib.
Mayın sonunda Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) birgə bəyanat yayaraq, ABŞ, İsrail və İran arasındakı münaqişə səbəbindən dünyanın yanacaq böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər. Onların qiymətləndirməsinə görə, Yaxın Şərq münaqişəsi fonunda Hörmüz boğazından tədarüklərin azalması ilə dünya neft ehtiyatları "rekord templə" tükənir. Gəmilərin hərəkəti bərpa olunmasa, yayda artacaq tələbat ərəfəsində ehtiyatların daha da azalması yanacaq təhlükəsizliyi, bazarlar və dünya iqtisadiyyatı üçün ciddi risklər yaradacaq.
Hüseyn İbadlı
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi

















.jpg)

.jpg)





.png)

.jpg)








