ABŞ
ABŞ ordusu ağcaqanadları bioloji silah kimi sınaqdan keçiribmiş...
Pentaqonun sənədləri ABŞ-ın xəstəlik daşıyan ağcaqanadlardan bioloji silah kimi istifadə etmək üçün təcrübələr apardığını təsdiqləyir.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Nəşr 1977-ci ildə məxfilikdən çıxarılan və ABŞ Müdafiə Nazirliyinin Texniki İnformasiya Mərkəzinin saytında yerləşdirilən hesabatı əsas götürür. Proqram çərçivəsində ağcaqanadların isti səhra şəraitində açıq havada insanları nə dərəcədə effektiv dişlədiyini öyrənmək üçün real təcrübələr keçirilib.
Sınaqlar 1959-cu ilin sentyabr-oktyabr aylarında aparılıb. Məqsəd ağcaqanadların düşmən qüvvələrinə və ya digər yaşayış məntəqələrinə qarşı potensial bioloji silah kimi tətbiqini qiymətləndirmək üçün məlumat toplamaq olub.
Oxşar təcrübələr 1950-ci illərin ortalarında da keçirilib. 1955-ci ildə "Big Buzz" əməliyyatı çərçivəsində Corciya ştatının Savanna şəhərində əsasən afroamerikalıların yaşadığı əraziyə guya 300 min sarı qızdırma daşıyan ağcaqanad atılıb. Məqsəd həşəratların hədəf üzərində atıldıqdan sonra sağ qala biləcəyini yoxlamaq olub, lakin eksperimentdə istifadə olunan ağcaqanadlar infeksiyalı olmayıb.
Hüseyn İbadlı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)

.jpg)









