ABŞ
Trampdan Putin və Zelenski arasında görüş təklifinə reaksiya
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında mümkün görüşü dəstəklədiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
"Düşünürəm ki, görüşsəydilər, əla olardı. Onlar bu münaqişəyə son qoymalıdırlar", - ABŞ lideri deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə görüş və danışıqlar müddətində atəşkəs təklifi ilə açıq məktub yazıb. Zelenski bildirib ki, Ukrayna "hamının hamıya" formulu ilə əsir mübadiləsinə, mülki şəxslərin və uşaqların qaytarılmasına, eləcə də ABŞ və Avropanın təhlükəsizlik qarantları qismində mümkün iştirakı ilə birbaşa ikitərəfli formata hazırdır.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)

.jpg)









