ABŞ
Paşinyan Kremlə yenə MEYDAN OXUDU - “Buna xarici agentlər qərar verməyəcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmayacağını və lazım bildiyi vaxt təşkilatdan çıxmaq barədə qərar qəbul edəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Güclü Ermənistan" partiyasının idarə heyətinin üzvü Narek Karapetyan debat zamanı Paşinyana müraciət edərək, Ermənistanın KTMT-də iştirakının dondurulmasının nə demək olduğunu və niyə təşkilatdan çıxmaqla bağlı yekun qərar verilmədiyini soruşub. Baş nazir cavabında "nə vaxt çıxacağımıza xarici agentlər qərar verməyəcək", - deyə bildirib.
Aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşən Paşinyan KTMT-nin Qarabağ məsələsində İrəvana kömək etmədiyini iddia edib. Putin isə xatırladıb ki, İrəvanın özü 2022-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistanın Baş naziri "Qarabağ hərəkatı"na son qoymağın vaxtının çatdığını əlavə edərək, Bakı ilə sülhün ABŞ-ın iştirakı ilə bağlandığını bildirib, eyni zamanda münasibətlərin normallaşmasında oynadığı rola görə Rusiyaya da təşəkkür edib.
Ertəsi gün Paşinyan İrəvanın KTMT-nin işində iştirakını bərpa etməyini qeyri-real hesab etdiyini bir daha vurğulayıb.
Qeyd edək ki, KTMT-nin tərkibinə altı dövlət daxildir: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan.
Hüseyn İbadlı
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
































.jpg)

