ABŞ
Trampla bağlı QƏRAR – Adını bu mərkəzdən silirlər
Vaşinqtondakı Con F. Kennedi adına İfa Sənətləri Mərkəzi prezident Donald Trampın adının qurumdan çıxarılması ilə bağlı məhkəmə qərarını icra etməyə başlayıb.
Publika.az xəbər verir ki, federal məhkəmənin qərarına əsasən, mərkəzə tarixi adı qaytarılmalı, Trampın adı yaxın günlərdə binanın üzərindən və bütün rəsmi materiallardan silinməlidir. Qərarın icrası üçün son tarix 12 iyundur.
Qurum əməkdaşlarına elektron imzaların və rəsmi blankların dəyişdirilməsi, həmçinin binadakı lövhə və interyer elementlərinin yenilənməsi tapşırılıb.
Mübahisə 2025-ci ilin dekabrında, idarə heyətinin mərkəzin adının Con F. Kennedi və Donald Trampın adlarını birləşdirməsi qərarından sonra başlayıb. Lakin məhkəmə bu qərarın Konqresin səlahiyyətlərini aşdığını bildirərək onun ləğvinə qərar verib.
Mərkəzdən isə bildirilib ki, qərara əməl ediləcək, eyni zamanda hüquqi imkanlar da araşdırılır. Hazırda 257 milyon dollarlıq yenidənqurma planı çərçivəsində 5 iyuldan sonra geniş təmir işlərinin başlanması da nəzərdən keçirilir.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)

.jpg)









