ABŞ
ABŞ İran aktivləri ilə bağlı plan qurdu
ABŞ İranın dondurulmuş aktivlərini Fars körfəzi ölkələrindəki müttəfiqlərinə təqdim edəcək.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" (ToI) mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İslam Respublikasının vəsaitləri həmin ölkələrin bərpasına və Tehranın gələcəkdə vura biləcəyi zərərin aradan qaldırılmasına yönəldiləcək. ABŞ-ın maliyyə naziri Skott Bessent artıq İranın Fars körfəzi dövlətlərinə nə qədər ziyan vurduğunun qiymətləndirilməsi barədə göstəriş verib.
Fevralın 28-də səhər saatlarında ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Amerika prezidenti xalqa müraciətində İrana endirilən zərbələri Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi və "səbrin tükənməsi" ilə izah edib. İslam Respublikasının bir çox şəhərləri, o cümlədən paytaxtı hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına düşüb və o, həlak olub. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika aviabazalarına raket və dron zərbələri endirib.
Hüseyn İbadlı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)

.jpg)









