ABŞ
Tramp 3 ay ərzində düz 37 dəfə bu vədi verib: Məqsədi nə olub?
ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın yaxın olduğunu ən azı 37 dəfə açıq şəkildə bildirib.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın məlumatına görə, oxşar açıqlamalar sosial mediada, ictimai çıxışlarda və media şərhlərində edilib. Tramp ya razılaşmanın qaçılmaz olduğunu iddia edib, ya da İranın razılaşma bağlamaqda maraqlı olduğunu bildirib.
CNN qeyd edir ki, ilk belə açıqlamalar martın 23-də, sonuncu dəfə isə iyunun 8-də ABŞ prezidentinin iki həftə ərzində saziş bağlamağın mümkünlüyünü elan etdiyi zaman verilib.
Telekanal həmçinin bu cür açıqlamaları şübhə altına alaraq, onların bazarlara təsir göstərmək cəhdləri və ya vəziyyətin həddindən artıq nikbin qiymətləndirilməsi ilə əlaqəli ola biləcəyini irəli sürüb.
Daha əvvəl bildirilirdi ki, mümkün razılaşma məsələsi ilə bağlı tərəflər arasında bir sıra danışıqlar və bəyanatlar olub, lakin Vaşinqton və Tehran arasında hələlik yekun razılaşmalar əldə edilməyib.
Müəllif: Tural
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"













.jpg)



.jpg)










.jpg)








