ABŞ
Tramp administrasiyasına ağır zərbə: 100 min dollarlıq rüsum ləğv edildi
ABŞ-da prezident Donald Tramp administrasiyasının miqrasiya siyasəti məhkəmə qərarı ilə ciddi zərbə alıb. Məhkəmə H-1B işçi vizaları üçün tətbiq edilən 100 min dollarlıq rüsumu qanunsuz elan edərək ləğv edib.
Publika.az xəbər verir ki, qərarda icra hakimiyyətinin qanunverici orqanın səlahiyyətlərini mənimsəməyə cəhd etdiyi qeyd olunub.
Məlumata görə, mübahisəli rüsum xarici mütəxəssislərin işə qəbulunu məhdudlaşdırmaq məqsədi daşıyırdı. Lakin bu addım biznes dairələrinin, təhsil müəssisələrinin və ABŞ-ın 20 ştatının sərt etirazı ilə qarşılanmışdı. İddialarda göstərilirdi ki, konstitusiyaya əsasən vergi və rüsumların tətbiqi yalnız Konqresin səlahiyyətindədir, hökumətin deyil.
Məhkəmə hakimləri qərara gəliblər ki, icra hakimiyyəti Konqresin razılığı olmadan məcburi ödəniş tətbiq etməklə səlahiyyətlərini aşır. Nəticədə, “vergi xarakterli” hesab edilən bu rüsum qanunsuz sayılaraq ləğv olunub.
Qərardan sonra H-1B işçi vizaları üzrə müraciət prosesi əvvəlki maliyyə şərtlərinə qaytarılıb. Prosess ABŞ-ın İnzibati Prosedurlar Aktına uyğun şəkildə davam etdiriləcək.
Adəm
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"













.jpg)



.jpg)










.jpg)








