ABŞ
Gələn il Aya onlar uçacaqlar - FOTO
2027-ci ildə Aya uçacaq "Artemida-3" missiyasının heyətində astronavtlar Andre Duqlas, Luka Parmitano, Frenk Rubio və Rendi Bresnik yer alacaqlar.
Publika.az xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) öz rəsmi saytında məlumat yayıb.
"NASA astronavtı Bob Heyns isə heyətin ehtiyat üzvü təyin edilib. Heyət üzvləri dərhal "Orion" kosmik gəmisinin sistemləri ilə işləmək üçün təlimlərə başlayacaq, həmçinin "Blue Origin" və "SpaceX" şirkətlərinin eniş modullarının sınaq versiyalarının hazırlanması və istismarına kömək göstərəcəklər", - deyə məlumatda bildirilir.
NASA əlavə edib ki, missiya çərçivəsində astronavtlar Yer orbitində bir sıra mürəkkəb sınaqlar keçirəcəklər. Əldə olunan nəticələr 2028-ci ildə Ayın Cənub qütbünə yola düşəcək "Artemis - 4" missiyası üçün istifadə olunacaq.
Aprel ayında NASA-nın baş auditorunun hesabatı göstərib ki, "Axiom Space" şirkəti tərəfindən skafandrlara dair işlərin hazırlanmasındakı ciddi gecikmələr agentliyin 2028-ci ildə astronavtların Aya enişi ilə bağlı planlarını poza bilər. Sənədə əsasən, mikroqravitasiya şəraitində iş üçün nəzərdə tutulan avadanlıqların 2025 və 2026-cı illərə planlaşdırılan nümayiş müddətləri həddindən artıq nikbin olub.
Hüseyn İbadlı
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?


















.jpg)















