ABŞ
Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda tabeliyində olanlardan İrana qarşı nüvə silahından istifadənin mümkünlüyü barədə soruşub.
Publika.az xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist və "Pulitzer" mükafatı laureatı Seymur Herş "Substack" platformasındakı bloqunda çıxış edib.
Onun sözlərinə görə, Amerika liderinin nüvə silahlarından bəhs etdiyi söhbət bu həftə baş tutub və söhbətdə Amerika administrasiyasının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Müzakirənin mövzusu İrandakı yeraltı raket istehsalı müəssisələrinə zərbələrlə bağlı olub və müzakirələr zamanı Amerika lideri bu müəssisələrin bəzilərini məhv etmək üçün nüvə silahından istifadənin mümkün olub-olmadığını soruşub.
Herşin qeyd etdiyi kimi, görüşdə iştirak edənlərdən ən azı biri ABŞ Prezidentinin Yaxın Şərqdə nüvə müharibəsi ehtimalını bu qədər rahatlıqla müzakirə etməsindən şoka düşüb. Qeyd olunur ki, söhbət zamanı Tramp əsəbi və qəzəbli görünüb.
Tramp həmçinin İran hakimiyyətini Vaşinqtonun belə bir eskalasiya ehtimalını son dərəcə ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdar etmək ideyasını irəli sürüb. (Teleqraf)
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur














.jpg)
















.jpg)


