ABŞ
Tramp Konqresdən tələb etdi: Müharibə üçün 350 milyardı təcili ayırın
ABŞ prezidenti Donald Tramp Konqresdəki bütün respublikaçıları Müdafiə Nazirliyi üçün 350 milyard dollarlıq əlavə büdcənin təsdiqlənməsi üçün qanun layihəsini dərhal təqdim etməyə və təsdiqləməyə çağırıb.
Publika.az xəbər verir ki, Prezident “Truth Social”da yazıb: "Konqresdəki respublikaçıları dərhal gözlənilən 350 milyard dollarlıq “Recon 3.0” büdcə uzlaşması qanun layihəsini irəli sürməyə və qəbul etməyə çağırıram".
Tramp bildirib ki, “Recon 3.0” qanun layihəsi ABŞ-ın ümumi hərbi büdcəsinin 1,5 trilyon dollara çatması üçün zəruri bir addımdır.
Amerika lideri silahlı qüvvələrin modernləşdirilməsi üçün vəsaitə ehtiyac olduğunu vurğulayıb. O, bunun “Qızıl Günbəz” raketdən müdafiə qalxanı və “Qızıl Donanma” layihəsinə, eləcə də sursat ehtiyatlarının artırılmasına və F-47 qırıcılarının, B-21 bombardmançılarının və PUA-ların istehsalının artırılmasına aid olduğunu qeyd edib.
Müəllif: Tural
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO



























.jpg)










