ABŞ
ŞOK İDDİA: Tramp İrana nüvə zərbəsi endirəcək
ABŞ mətbuatında prezident Donald Trampın İranla bağlı vəziyyətdə guya tələyə düşdüyü barədə yayılan xəbərlər ictimai rəyi yoxlamaq məqsədi daşıyır. Bu, amerikalıların Tehrana qarşı mümkün nüvə zərbəsinə necə reaksiya verəcəyini anlamaq üçün atılan bir addımdır.
Publika.az xəbər verir ki, bu barədə amerikaşünas və politoloq Aleksandr Asafov Gazeta.ru nəşrinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, ABŞ mediasında yer alan bu cür məqalələri olduğu kimi qəbul etmək olmaz, çünki bu, ictimai şüurda gələcək aqressiv hərəkətlərin leqallaşdırılması üçün hazırlıqdır.
Politoloq qeyd edib ki, Pentaqonda İrana qarşı nüvə zərbəsi endirmək imkanları kifayət qədər açıq şəkildə müzakirə olunur. Asafovun fikrincə, İrandakı vəziyyət artıq Trampın nəzarətindən çıxıb, ABŞ lideri isə ya çox sərt addımlar atmalı, ya da İranın şərtləri ilə qismən razılaşaraq qələbə qazanmış kimi görünməlidir.
Eyni zamanda, analitik Stiven Kollinson CNN üçün yazdığı məqalədə bildirib ki, Donald Trampın İranla bağlı ziddiyyətli bəyanatları onun öz qərarları nəticəsində yaratdığı tələdə qaldığını göstərir. Məqalədə qeyd olunub ki, strateji mövqeni əsaslı şəkildə dəyişmək üçün prezident daha intensiv və uzunmüddətli hərbi əməliyyatlara əmr verməli ola bilər, bu isə İrandan cavab reaksiyasına səbəb olacaq.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO



























.jpg)










