ABŞ
Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
Pentaqonda təhlükəli maddələrin sızması ilə bağlı yalançı həyəcan siqnalı səbəbindən bir neçə mərtəbə boşaldılıb və bloklanıb.
Publika.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbəyə istinadən "CNN" telekanalı məlumat yayıb.
Qurumun rəsmi nümayəndəsi Şon Parnell bildirib ki, Pentaqonun daxili sistemləri hava keyfiyyəti ilə bağlı problem aşkarlayıb və problemin ciddiliyi müəyyən edilənədək ehtiyat tədbirlərinin görülməsi zərurəti yaranıb. O əlavə edib ki, qurumda standart protokollar, o cümlədən lokdaun rejimi tətbiq olunub və qəza xidmətləri hadisə yerində fəaliyyət göstərir.
"CNN"-in məlumatına görə, bloklama binanın ikinci və beşinci mərtəbələri arasındakı dəhlizləri əhatə edib. Binadakı polislər əleyhqaz və tam kimyəvi qoruyucu kostyumlar geyinib. Pentaqonun təhlükəsizlik xidmətinə istinadən telekanal bildirib ki, əlavə yoxlamalar bir-iki saat çəkə bilər.
Hadisə yerində Pentaqonun təhlükəli maddələrə qarşı çevik reaksiya qrupu və Arlinqton dairəsinin yanğınsöndürmə xidməti işləyir. Xilasedicilər kompleksin daxili həyətində ölçmə işləri aparırlar.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO



























.jpg)










