ABŞ
Qusman prezidentə məktub yazdı - Görün nə xahiş edir
Meksikanın məşhur narkobaronu, “El Çapo” ləqəbi ilə tanınan Xoakin Qusman ABŞ həbsxanasından vətəninə qaytarılması üçün Meksika prezidenti Klaudiya Şeynbauma müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “Milenio” nəşri məlumat yayıb.
Məlumata görə, Qusman iyunun 2-də imzaladığı məktubda ABŞ-da saxlanılma şəraitindən şikayətlənib və cəzasını Meksikada çəkməsinə şərait yaradılmasını istəyib. Bildirilir ki, o, daha əvvəl də Meksikaya qaytarılması üçün cəhdlər etsə də, nəticə əldə edə bilməyib.
Xoakin Qusman Meksika tarixinin ən məşhur mütəşəkkil cinayətkarlarından biri hesab olunur. O, uzun illər ABŞ hakimiyyətinin dünyanın ən böyük narkotik qaçaqmalçılığı şəbəkələrindən biri kimi xarakterizə etdiyi “Sinaloa” kartelinə rəhbərlik edib.
Xatırladaq ki, Qusman 2017-ci ildə ABŞ-a ekstradisiya olunub. 2019-cu ildə isə Nyu-York federal məhkəməsi onu narkotik ticarəti, çirkli pulların yuyulması və cinayətkar təşkilata rəhbərlik etmək ittihamları ilə ömürlük həbs cəzasına məhkum edib. Hökmə əsasən, onun vaxtından əvvəl azadlığa buraxılması mümkün deyil.
Narkobaron ekstradisiyadan əvvəl Meksikada iki dəfə həbsdən qaçmağa nail olmuşdu. Həmin qaçışlardan biri ölkə tarixinin ən səs-küylü həbsxana qaçışlarından biri kimi yadda qalıb.
Hazırda Xoakin Qusman ABŞ-ın Kolorado ştatında yerləşən, xüsusilə sərt rejimi və yüksək təcrid şəraiti ilə tanınan ADX Florens həbsxanasında cəza çəkir.
Adəm
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU













.jpg)

















.jpg)


