ABŞ
Avropa liderləri Trampı Ukrayna planını dəstəkləməyə razı salmağa çalışacaq
Böyük Britaniya, Fransa və Almaniya liderləri qarşıdan gələn G7 sammitində ABŞ Prezidenti Donald Trampı Ukrayna müharibəsinin nizamlanması ilə bağlı Avropanın strategiyasını dəstəkləməyə inandırmağa çalışacaqlar.
Publika.az xəbər verir ki, bunu “AiF” nəşrinə müsahibəsində “Başqa Ukrayna” hərəkatının şura üzvü, Ukrayna Ali Radasının sabiq deputatı Vladimir Oleynik deyib.
Onun sözlərinə görə, iyunun 15-17-də Fransanın Evian-le-Ben şəhərində keçiriləcək və Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak edəcəyi G7 sammitində bu məsələ əsas müzakirə mövzularından biri olacaq.
Oleynik bildirib ki, Avropa ölkələrinin hazırladığı plan döyüş təmas xətti boyunca müharibənin dondurulmasını, təhlükəsizlik zəmanəti kimi sülhməramlı qüvvələrin yerləşdirilməsini, NATO qoşunlarının sülhməramlı missiya adı altında Ukraynaya göndərilməsini, ölkənin alyansa üzvlüyünü və Rusiyanın dondurulmuş aktivlərindən Kiyevin zərərlərinin ödənilməsi üçün istifadə olunmasını nəzərdə tutur.
Sabiq deputatın fikrincə, Moskva bu şərtlərlə razılaşmayacaq.
“Əslində bu, “Minsk-2” razılaşmasının təkrarıdır. Məqsəd maliyyə resurslarını toplamaq, səfərbərlik aparmaq və yeni silahlar əldə etmək üçün vaxt qazanmaqdır”, - deyə o vurğulayıb.
Oleynik hesab edir ki, planın həyata keçirilməsi üçün Zelenski və Avropa liderləri Trampı öz mövqelərinə yaxınlaşdırmağa çalışırlar. Onun sözlərinə görə, ABŞ prezidentinin məqsədləri Avropa ölkələrinin yanaşmasından fərqlənir.
Adəm
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO


























.jpg)










