ABŞ
Avropadan qırıcıları və hərbi qüvvələri çıxarın! - Tramp əmr verdi
ABŞ administrasiyası NATO əməliyyatları üçün Avropada yerləşdirilən hərbi qüvvələrinin əhəmiyyətli hissəsini ixtisar etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ-ın daxili sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Avropadakı qırıcı təyyarələrinin və hərbi dəniz qüvvələrinin sayını azaltmağı planlaşdırır. ABŞ müttəfiqlərinə təqdim edilən planlara əsasən, bölgədə yerləşdirilən F-16 və F-15E qırıcılarının sayı təxminən 150-dən 100-ə endiriləcək.
Dəyişikliklər yalnız döyüş aviasiyasını əhatə etmir. Belə ki, dəniz kəşfiyyatı təyyarələrinin sayı 26-dan 15-ə qədər azaldılacaq. Bundan əlavə, ABŞ regionda yerləşən səkkiz yanacaq dolduran təyyarəsini də başqa ərazilərə köçürməyi nəzərdən keçirir.
Plan çərçivəsində onlarla qırıcı təyyarəni özündə birləşdirən aviadaşıyıcı zərbə qrupunun və raketlərlə təchiz edilmiş sualtı qayığın da Avropadan çıxarılması müzakirə olunur.
ABŞ Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Adəm
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU













.jpg)

















.jpg)


