ABŞ
O görüşə hazırlıq başladı: ABŞ təyyarələri Cenevrəyə avadanlıq daşıyırlar
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Cenevrəyə səfərinə hazırlıq üçün xüsusi avadanlıqlar dünən şəhərə gətirilib.
Publika.az xəbər verir ki, bu barədə “Axios” səfərin təfərrüatları ilə tanış olan məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, iyunun 11-də Avropaya yola düşən dörd Amerika C-17 hərbi nəqliyyat təyyarəsi yüksək vəzifəli qonağın İsveçrədə rahat qalmasını təmin etmək üçün lazımi avadanlıqları daşıyıb.
“Axios”a danışan Ağ Evdəki mənbə bildirib ki, Vensin İranla anlaşma memorandumunun imzalanma mərasimində ABŞ-ın potensial nümayəndəsi kimi nəzərdən keçirildiyi bildirilir.
Tədbirin 14 iyunda Cenevrədə baş tutacağı bildirilir. Sənəd ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq üçün nəzərdə tutulub və bir sıra addımları əhatə edir. Şərtlərə əsasən, Tehran Hörmüz boğazında ticarət gəmilərinə hücum etməməyi öhdəsinə götürür və İraq və Suriyadakı müttəfiqlərinin Amerika hərbi obyektlərinə və personalına hücumları dayandıracağına zəmanət verir.
Bunun müqabilində Vaşinqton İrana qarşı sanksiyaları qismən yumşaltmağı vəd edir. Bu, İranın xaricdəki dondurulmuş aktivlərə girişini yumşaldacaq və müəyyən malların idxalına icazə verəcək.
Müəllif: Tural
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO


























.jpg)










