ABŞ
Pentaqon məxfi UNO materiallarını yayımladı - VİDEO
ABŞ Müdafiə Nazirliyi uçan naməlum obyektlərin (UNO) təsvirləri olan növbəti məxfi sənədlər partiyasını ictimaiyyətə açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" nəşri Pentaqonun arxiv kadrlarına istinadla məlumat yayıb.
Bildirilib ki, materiallar toplusuna videolar, fotoşəkillər və şahid ifadələri daxildir.
2025-ci ilin iyul ayına aid videolardan birində gecə səmasında hərəkət edən iki qırmızı kürə görmək mümkündür. ABŞ Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, bu qeyri-adi hadisənin şahidi avtomobilini park edərkən evinin arxa həyətində intensiv parlaq işıqlar görüb.
Bu, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə məxfiliyi ləğv edilən UNO sənədlərinin son hissəsidir. Genişmiqyaslı idarələrarası layihədə Ağ Ev, Milli Kəşfiyyat Direktorluğu, Energetika Nazirliyi, FTB və NASA iştirak edib.
Xatırladaq ki, Tramp UNO haqqında məlumatları ictimaiyyətə açıqlamaq niyyəti barədə bu ilin aprelində elan etmişdi. O, yaxın keçmişdə bu mövzunu naməlum obyektləri müşahidə etmiş amerikalı hərbi pilotlarla da müzakirə etdiyini dəqiqləşdirmişdi. Amerika liderinin sözlərinə görə, pilotlar "inanılması mümkün olmayan şeylər gördüklərini" bildiriblər.
Hüseyn İbadlı
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək














.jpg)


.jpg)







.jpg)










