ABŞ
Niyə məhz iyunun 14-ü? - SEPAH Trampın israrını TƏNQİD ETDİ
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın sazişin məhz bazar günü imzalanması ilə bağlı göstərdiyi "qeyri-adi israrı" tənqid edib.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, SEPAH Trampın bu tələskənliyinin suallar doğurduğunu bildirib, çünki iranlı danışıqçılar memorandum üzərində işin hələ başa çatmadığını və yaxın günlərdə imzalamaq planlarının olmadığını əvvəlcədən bəyan etmişdilər.
SEPAH Trampın tələskənliyini onun sazişin imzalanma mərasimini öz ad günü olan iyunun 14-nə təyin etmək istəyi ilə izah edir. Bəyanatda vurğulanır ki, bəzi müşahidəçilər bu israrın rəmzi xarakter daşıdığını və prezidentin bunu şəxsi piar aksiyasına çevirmək məqsədi güddüyünü düşünürlər.
Xatırladaq ki, iyunun 13-də Tramp Vaşinqton və Tehran arasında sazişin iyunun 14-də imzalanacağını bəyan etmişdi. Ağ Evin rəhbəri sənəd imzalandıqdan sonra Hörmüz boğazının hamı üçün açılacağını bildirib. Tramp həmçinin İranın heç bir yolla nüvə silahı əldə edə bilməyəcəyini, ABŞ-ın "uyğun vaxtda" İslam Respublikasının nüvə materiallarını müsadirə edərək məhv edəcəyini əlavə edib.
Hüseyn İbadlı
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək














.jpg)


.jpg)







.jpg)










