ABŞ
Tramp Makrona ultimatum verdi: Paris bunu etməsə...
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronu ABŞ texnologiya şirkətlərinə tətbiq edilən rəqəmsal vergi ilə bağlı sərt şəkildə xəbərdar edib.
Publika.az xəbər verir ki, Tramp “New York Post” nəşrinə müsahibəsində Parisdən Amerika texnologiya şirkətləri üçün nəzərdə tutulan 3 faizlik vergini ləğv etməyi tələb etdiyini bildirib.
Onun sözlərinə görə, əks halda Fransa ABŞ bazarında ciddi iqtisadi təzyiqlərlə üzləşə bilər.
“Amerika şirkətlərindən vergi tutulmamalıdır. Əgər Paris bunu etməsə, bizim başqa seçimimiz qalmayacaq”, - deyə Tramp vurğulayıb.
Ağ Ev rəhbəri qeyd edib ki, bu halda Fransada istehsal olunan bütün şərab və şampan məhsullarına 100 faiz həcmində rüsum tətbiq edilə bilər.
Tramp əlavə edib ki, Makron satış vergisini ləğv edərsə, Fransaya qarşı əlavə təzyiq göstərilməyəcək.
Adəm
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək














.jpg)


.jpg)







.jpg)










