ABŞ
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
ABŞ NATO qarşısında bir sıra hərbi öhdəliklərini azaltmaq qərarı verib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti NATO-dakı üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Vaşinqton alyansın sərəncamına aviadaşıyıcı zərbə qrupunu, strateji bombardmançı aviasiya birləşməsini və 50-dən çox qırıcı təyyarəni təqdim etməkdən imtina edib.
Nəşr yazır ki, bu qərar bir çox müttəfiq ölkələr üçün gözlənilməz olub. Bildirilir ki, ABŞ bununla tərəfdaşlara təzyiqi artırmağa və müdafiədə yaranan boşluqları öz hesablarına doldurmağa sövq etməyə çalışır.
Qeyd olunur ki, məqsəd iyulun əvvəlində keçiriləcək NATO sammitinədək müttəfiqlərin müdafiə yükünü daha çox üzərlərinə götürməsinə nail olmaqdır.
Müəllif: Adəm
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi





































