ABŞ
ABŞ kəşfiyyatı bu məlumatı Trampa çatdırdı: İran heç nəyə əməl etməyəcək
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff ABŞ prezidenti Donald Trampa İranın əldə edilən razılaşmalara baxmayaraq, vəd edilmiş nüvə güzəştlərinə getməyəcəyi barədə məlumat verib.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən yazıb.
Onların sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Trampa və digər yüksək vəzifəli administrasiya rəsmilərinə bildirib ki, Amerika kəşfiyyat agentlikləri tərəfindən toplanan məlumatlar Tehranın ABŞ-ın yekun razılaşma çərçivəsində əldə etmək istədiyi nüvə proqramı üzrə öhdəlikləri yerinə yetirməyə hazırlığına dair ciddi şübhələr yaradır.
Mənbələrdən biri bildirib ki, "Kəşfiyyat məlumatları göstərir ki, İranın niyyətləri müqavilə çərçivəsində götürdüyü öhdəliklərlə uyğun deyil".
O əlavə edib ki, ötən bazar günü memorandumun yekun təsdiq elanından əvvəlki görüşlər zamanı Tramp və komandası bir neçə ABŞ kəşfiyyat agentliyi tərəfindən toplanan məlumatları müzakirə ediblər. Bu məlumatlar göstərir ki, İran rəsmiləri sazişi öz aralarında müzakirə ediblər və ABŞ-a dedikləri ilə üst-üstə düşməyib.
Mənbələr qeyd edib ki, bu daxili müzakirələr zamanı Dövlət Katibi Marko Rubio və Müdafiə Naziri Pit Heqset narahatlıqlarını ifadə ediblər və anlaşma memorandumunu şübhə altına alıblar, vitse-prezident Ciy De Vens və prezidentin elçiləri Stiv Uitkoffla Cared Kuşner isə onun qəbul edilməsini müdafiə ediblər.
Bildirilir ki, Vens, Uitkoff və Kuşner cümə günü İran Parlamentinin sədri Məhəmməd-Bağer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək anlaşma memorandumuna uyğun olaraq razılaşdırılmalı olan sülh sazişinin hazırlanmasında növbəti addımları müzakirə etməyi planlaşdırırlar.
Müəllif: Tural
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı






























.jpg)


